EN

“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb

“Oğru

Gürcüstan polisi “oğru dünyası”na qarşı xüsusi əməliyyat keçirib və nəticədə Mirzə Əliyev öldürülüb.

Reyting.az
“Georgia online”yə istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Kabali kəndində “oğru dünyası”na qarşı keçirilən xüsusi əməliyyat zamanı həbs olunmalı olan Mirzə Əliyev xüsusi təyinatlı əsgərlərə atəş açıb.

Nəticədə xüsusi təyinatlı əsgərlərdən biri ağır sinə yarası alıb və Mirzə Əliyev cavab atəşi ilə öldürülüb.



Məlumata görə, beş cinayət işi üzrə görülən tədbirlər nəticəsində 34 nəfər “oğru dünyası”nda iştirak etmək, onların fəaliyyətini dəstəkləmək, onlarla əlaqə saxlamaq ittihamları ilə həbs olunub.

Hazırda ikisi həbsdə, dördü xaricdə və biri “qanuni oğru” olmaqla, yeddi nəfərə qiyabi ittiham irəli sürülüb.

V. QULİYEV
Chosen
52
reyting.az

1Sources