EN

Əməkdaşlıq suverenliyə zərbə deyil, onun möhkəmlənməsidir - Həməd Əl-Hacri

Bakı. Trend:

Beynəlxalq təşkilatlarla, xüsusilə Birləşmiş Millətlər Təşkilatıilə əməkdaşlıq suverenliyə xələl gətirmir, əksinə, onun əsasınıdaha da möhkəmləndirir.

Trend xəbərverir ki, bunu bu gün Qətər Dövləti Milli İnsan HüquqlarıKomitəsinin Proqramlar və Maarifləndirmə Departamentinin direktoruHəməd Əl-Hacri “XXI əsrdə dövlət suverenliyi və millikonstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər"mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransındadeyib.

O qeyd edib ki, Qətər beynəlxalq tərəfdaşlarla əməkdaşlıqedərkən milli dəyərlərini və mədəniyyətini qorumağı prioritetsayır: “Biz milli kimliyimizi qorumaqla yanaşı, beynəlxalqtərəfdaşlarımızla birlikdə insan hüquqlarının müdafiəsinə, etimadınvə ədalətin gücləndirilməsinə töhfə veririk”.

Çıxışda Qətərin “Milli İnkişaf Strategiyası – 2030” çərçivəsindəsuverenlik və insan hüquqlarını uyğunlaşdırmaq istiqamətindəgördüyü işlər vurğulanıb. Həməd Əl-Hacri bildirib ki, “XXI əsrdəsuverenlik yalnız hüquqi anlayış deyil, həm də dəyərlər,institutlar və texnologiya üzərində qurulan güc modelidir".

O həmçinin vurğulayıb ki, Qətər üçün beynəlxalq əməkdaşlıqqarşılıqlı hörmət, etimad və insanın rifahı üzərində qurulmalıdır:“Hər bir dövlətin suverenliyi onun dəyərlərinə və xalqınıniradəsinə əsaslanır. Biz bu dəyərləri qorumaqla yanaşı, beynəlxalqailənin etibarlı üzvü olaraq qalmağa sadiqik".

Chosen
20
az.trend.az

1Sources