EN

“Aygün xanımla aramızda soyuqluq var idi”

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə duetlərindən danışıb.

Bu barədə Namiq “Mədəni şou”da açıqlama verib. Sənətçi deyib ki, Aygün xanımla iş birlikləri bitdikdən sonra meyxanadan mahnıya keçib:

“Mənim meyxanadan mahnıya keçməyimdə Aygün Kazımovanın rolu olmayıb. Bəzən elə təqdim edirlər ki, Aygün qoşuldu, mahnıya keçdi. Mahnı janrına keçəndə Aygün xanımla uzaqlaşmışdıq, aramızda da böyük soyuqluq var idi. Bəzi rəqiblərim bunu qəbul etmirlər. Aygün xanımla mənim duetlərimə baxın… “Sevdi ürək” mahnısını Eldar Mansurov yazıb. Burada melodiyalı meyxana demişəm. Mahnı da belə bəstələnib, Eldar müəllim deyib meyxanadan anlayışı yoxdur, mən meyxananı demişəm, o öz hissəsini yazıb. “Dözmədi qəlbim” də bir az mahnı janrı idi. Toya gedəndə meyxanaçılar deyirdi, Aygünə qoşulmusan və sairə. Mən meyxana demirdimsə, o sözü harada deyirdiz?” (Olay)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
4
moderator.az

5Sources