EN

Bəraət verən hakimə “cəza”? Aygün Qurbanovanın səlahiyyət uzadılmamasının səbəbi nədir?

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakim Aygün Qurbanovanın buradakı səlahiyyət müddəti artırılmayıb.

Məlumata görə, Aygün Qurbanova ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində ən çox bəraət verən hakim olub.

İddialara görə, Aygün Qurbanovanın səlahiyyət müddətinin artırılmamasına əsas səbəb də onun qərar verdiyi bəraət hökmləri olub.

Maraqlıdır, bu, nə ilə əlaqələndirilə bilər?

Məsələn, müstəqil qərarlar verə bilmək iradəsi olduğu üçün ola bilərmi?

Bu barədə hüquqşünas Əkrəm Həsənov Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, Aygün Qurbanova məhkəmə işlərinə tək baxmayıb:

“Reallıq necə olub bilmirəm, ancaq bu cür fikirlər üçün o zaman əsas görərdim ki, hakim işə təkbaşına baxsın. Əgər Binəqədi Rayon Məhkəməsindəki işlərindən getsəydi, orda işlərə tək baxırdı. Ancaq Bakı Ağır Cinayətlər məhkəməsində üç nəfərlə baxılır”.

Hüquqşünas, həmçinin deyib:

“Yəni iki hakimin səs çoxluğu ilə keçir qərarlar. Bir sözlə, o, nə qədər istəsə də, təkbaşına nəsə edə bilməzdi. Praktikada belə hallar olur. Hiss edirsən ki, hakim qərarı başqa cür vermək istəyir, amma yanındakılar imkan vermir. Düzdür, məsələn, işə sədrlik edənin rolu çox olur. Amma məsələn, hesab etsək ki, yanındakılara tapşırıq gəlib, onda o biri hakimin istədiyi qərarı qəbul etməyinə imkan verməyəcəklər”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
icma.az

1Sources