EN

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 portfelinə daxil edilib

Bakı. Trend:

Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin(ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsindəqiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrininilkin siyahısı dərc olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl EnerjiDəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihəportfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49saxlama layihəsi daxil edilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bulayihələr 2025-ci ilin aprel-may aylarında keçirilmiş ilk müraciətmərhələsində layihə təşəbbüskarları tərəfindən təqdim edilib.ENTSO-E bütün müraciətlərin TYNDP 2026 üçün qəbul meyarlarınauyğunluğunu yoxlayıb və Azərbaycan, Gürcüstan, Rumıniya vəMacarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsinin dətələblərə cavab verdiyi təsdiqlənib. Növbəti mərhələdə, ikincimüraciət pəncərəsi 2025-ci il 15 sentyabr – 15 oktyabr tarixləriarasında açıq olub və ideya mərhələsində olan layihələrihədəfləyib. Bütün təqdim edilmiş layihələr 2025-ci ilin noyabrayında inzibati və texniki yoxlamadan keçiriləcək. 2026-cı ilərzində TYNDP 2026 portfelinə daxil olan bütün layihələr üzrəxərclər və faydalar təhlili (cost-benefit analysis) aparılacaq.Nəticələr isə 2026-cı ilin sonlarında açıqlanacaq.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya vəMacarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı vəötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyəqədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib. Layihənintexniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindənhəyata keçirilir.

Məqalədə:
Chosen
39
17
az.trend.az

10Sources