19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu ay keçirəcəyi oyunlarınbaşlama saatı və hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan U-19 noyabrın 12-də Çexiya ilə üz-üzə gələcək.

Matçı finlandiyalı Oliver Reytala idarə edəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüşlərə müvafiq olaraq qazaxıstanlı Sayat Karabayev və Oliver Reytala təyinat alıblar.

İlk iki matç Bakı vaxtı ilə saat 17:30-da, sonuncu oyun isə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşmalar Maltanın Ta Qali şəhərində keçiriləcək.