EN

Deputat : Naxçıvanla bağlı Konstitusiya dəyişikliklərini bir müjdə kimi qiymətləndirmək olar

Avropada bir sıra ölkələr öz konstitusiyalarında milli maraqları qorumaq üçün xüsusi yanaşmalar tətbiq edirlər. Bunu Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli noyabrın 5-də XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Azərbaycan da müstəqilliyini daha da gücləndirəcək islahatlar haqqında düşünməlidir.

“Müstəqilliyi gücləndirən islahatlar barəsində düşünməliyik. Naxçıvanla bağlı Konstitusiya dəyişikliklərini isə bir müjdə kimi qiymətləndirmək olar,” – millət vəkili vurğulayıb.


Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər çərçivəsində Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı hüquqi mexanizmlərin yenilənməsi nəzərdə tutulur.

Gülnar Nazimqızı 

Chosen
47
1
anews.az

2Sources