EN

Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin iclası keçiriləcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik şuraları katiblərinin sayca 13-cü iclasında “MDB məkanında təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər, mümkün birgə cavab tədbirləri” mövzusu müzakirə olunacaq.

Bundan başqa, Sergey Şoyqunun Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov həmçinin Ermənistan və Belarusdan olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Qeyd edək ki, MDB Təhlükəsizlik şuraları katiblərinin görüşü Moskvada 31 oktyabr – 5 noyabr tarixlərində baş tutan “Rusiya və MDB xalqları” adlı beynəlxalq festivalın yekun tədbiri olacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
7
icma.az

8Sources