AZ

Ramil Usubov Moskvada Şoyqu ilə görüşəcək

Bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin iclası keçiriləcək.

 

TASS xəbər verir ki, Təhlükəsizlik şuraları katiblərinin sayca 13-cü iclasında “MDB məkanında təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər, mümkün birgə cavab tədbirləri” mövzusu müzakirə olunacaq.

 

Bundan başqa, Sergey Şoyqunun Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, həmçinin Ermənistan və Belarusdan olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

 

Qeyd edək ki, MDB Təhlükəsizlik şuraları katiblərinin görüşü Moskvada 31 oktyabr - 5 noyabr tarixlərində baş tutan “Rusiya və MDB xalqları” adlı beynəlxalq festivalın yekun tədbiri olacaq.

 

Seçilən
8
7
senzor.az

8Mənbələr