EN

Zahid Oruc: Tam suverenlik həm də sülh və qarşılıqlı əməkdaşlığın əsas göstəricisinə çevrilə bilər

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Azərbaycan təcrübəsi tam suverenliyin yalnız konstitusiya norması deyil, həm də regionda tamamilə yeni mərhələnin, sülh və qarşılıqlı əməkdaşlığın əsas göstəricisinə çevrilə biləcəyini göstərir.

Mia.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda açılış nitqində deyib.

STM sədri Azərbaycanın zəfərinin bir sıra müstəvilərdə yeni reallıqlar yaratdığını vurğulayıb:

"Zəfərimizdən sonra Azərbaycanda müasir "konstitusionalizm" və "suverenlik" anlayışları yalnız hüquqi kateqoriyalar olaraq qalmayıb. Onlar həm də siyasi, iqtisadi, mədəni-mənəvi müstəvilərdə tamamailə yeni reallıqlardır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
1
mia.az

2Sources