EN

Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır

 

 

 

 

 

 

 

 

Mədəniyyət Elçilərinin I Forumunda iştirak etmək mənim üçün böyük qürurdur. Bu forum, həm ölkəmizin zəngin mədəniyyətini dünyaya tanıdan, həm də Azərbaycan adını beynəlxalq səviyyədə ucaldan hər bir sənətçinin, ziyalının və gəncin bir araya gəldiyi mühüm platformadır.

Bunu AZƏRTAC-a açıqlamasında Avstriyanın Anton Brükner adına Konservatoriyasının magistrantı, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, pianoçu, Ayan Məmmədli deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan hər bir azərbaycanlı istər elm, istər incəsənət, istərsə də təhsil sahəsində fəaliyyət göstərsin öz davranışı, yaradıcılığı və səmimiyyəti ilə ölkəmizin mədəni səfiri olur.

“Mən pianoçu kimi Avstriya, Niderland, İtaliya, Fransa, Norveç, Danimarka, Argentina və digər ölkələrdə çıxışlar etmişəm. Gənc olaraq biz dünyanın müxtəlif guşələrində Azərbaycanı təmsil edir, onun mədəni irsini, qonaqpərvərliyini və sülhsevərliyini təbliğ edirik. Məhz hər bir azərbaycanlı sənətçi öz fəaliyyəti ilə bu mədəniyyətin dəyərli bir hissəsinə çevrilir”, – deyə Ayan Məmmədli deyib.

Xatırladaq ki, gənc pianoçu Ayan Məmmədli Mədəniyyət Elçilərinin I Forumunun Təşkilat Komitəsinin üzvüdür

 

 
 
Chosen
23
azerforum.com

1Sources