Bakı.Trend:
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,61 ABŞ dolları və ya 0,92% azalaraq, 65,82 dollar təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,61 dollar və ya 0,95%ucuzlaşaraq 63,79 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,64 dollar və ya 1,21% azalaraq, 52,41 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,76 dollar vəya 1,15% azalaraq 65,26 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.