EN

Fili tək əli ilə qaldıra bilən əzələ nümayiş etdirilib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cənubi Koreyada fəaliyyət göstərən Milli Elm və Texnologiya (UNIST) İnstitutunun alimləri insanın və heyvanın əzələlərinin elastikliyini, gücünü özündə birləşdirən yeni süni əzələ hazırlayıblar. Koreyalı elm adamları bildiriblər ki, stearilmetakrilat əsaslı və "NdFeB" maqnit hissəcikləri ilə zənginləşdirilmiş polimer əzələ materialı həm çox yumşaq, həm də sərt vəziyyətlər arasında keçid edir.Reyting.az-ın məlumatına görə, material öz çəkisindən 4000 dəfə ağır yükü asanlıqla qaldıra bilir, eyni zamanda, 12 dəfə uzanmaqla, insan əzələsindən iki dəfə artıq yığılma qabiliyyəti göstərir. Onun sərtliyi isə 213 kPa-dan 292 MPa-a qədər dəyişir ki, bu da təxminən minqat fərq deməkdir.Yeni texnologiya yumşaq robototexnika, ekzoskeletlər və tibbi alətlər üçün böyük potensiala malikdir. Bununla belə, yeni süni əzələ texnologiyasının istiliklə aktivləşmə sürətinin azlığı, güclü maqnit sahəsinə tələbatı hələ ki, vacib problem kimi öz elmi həllini gözləyir.Bəzi mütəxəssislər yeni və qeyri-adi gücə malik olan əzələ texnologiyasını "fili əllə qaldıra bilən pəhləvan" adlandırıblar.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
reyting.az

2Sources