EN

"Zəfər – dövlətinə sadiq millətin manifestidir" - Firuzə İskəndərova

Zəfər Günü haqqında imzalanmış sərəncamda qeyd olunduğu kimi, hər il noyabrın 8-i Azərbaycanın qəhrəmanlıq salnaməsinin əbədiləşdirilməsi, dövlətimizin gücünün və xalqımızın birliyinin bayramı kimi qeyd edilir. 

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri, jurnalist Firuzə İskəndərova Zəfər Günü ilə bağlı QHT.az-a fikirlərini bölüşüb:

“Zəfər Günü mənim üçün bir tarix yox, bir duyğudur. O duyğu millətin damarında döyünən vətən sevgisidir. Biz bu qələbəni güllə ilə yox, inamla və birliyimizlə qazandıq. Hər əsgərin addımında Prezidentin iradəsi, hər güllədə xalqın duası, hər səngərdə isə bir QHT-nin səssiz əməyinin izi vardı. Biz hamımız bu Zəfərin bir parçasıydıq – dövlət, xalq, media, vətəndaş cəmiyyəti. Bu birlik Azərbaycanı yenidən doğurdu. Zəfər Günü bizə xatırladır ki, “Dövlətinə inanan xalq heç vaxt məğlub olmaz.”

Bu gün bizə düşən, o ruhu qorumaq, o sevgini gələcəyə daşımaqdır. Çünki Zəfər – təkcə qələbə deyil, dövlətinə sadiq bir millətin manifestidir.”

Chosen
100
qht.az

1Sources