EN

Macarıstan Ukraynanın Aİ-yə üzv olmasına icazə verməyəcək - Piter Siyarto

Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına üzv olmasına icazə verməyəcək. Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Piter Siyarto deyib.

O, deyib: "Macar xalqı Ukraynanın Avropa İttifaqının üzvü olmasını istəmədiyini tamamilə açıq şəkildə bildirib. Avropa İttifaqının genişlənməsi məsələləri bütün üzv dövlətlər arasında yekdillik tələb etdiyindən və Macarıstan və Macarıstan xalqı Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmədiklərini olduqca aydın şəkildə bildiyindən, Ukrayna Avropa İttifaqı üzvü olmayacaq".

Chosen
7
1
Ajans.az

2Sources