EN

Dünyada artır, ölkəmizdə azalır Yeni risk

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın neft hasilatı azalır. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 20,7 milyon ton neft (kondensatla birlikdə) çıxarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon ton və ya 4,2 % azdır. Digər tərəfdən, 2014–2015-ci illərdə baş verən böhran zamanı qeyri-neft sektorunun inkişafı üçün proqram hazırlansa da, özünü tam doğrultmadı.

Hazırda bu proqramla bağlı hansı düşüncələr mövcuddur? Ölkə böyük iqtisadi böhrana girə bilərmi? Hökumətin bu vəziyyətə alternativ tədbirləri varmı?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, dünyada neftin qiymətləri getdikcə aşağı düşür:

“Bunun bir çox səbəbləri var. Öncə qeyd etmək lazımdır ki, ABŞ və Səudiyyə Ərəbistanı kimi ən böyük neft istehsalçıları dünya bazarlarında neftin qiymətini aşağı endirmək üçün birlikdə səy göstərirlər. Digər tərəfdən, bəzi ölkələrdə neft hasilatı sürətlə artır. OPEC-lə əlaqəsi olmayan bu dövlətlər neft bazarına yeni həcmlər çıxarmaqla qiymətlərin enməsini stimullaşdırır. Braziliya, Argentina, Qayana, Kanada, Çin və sair buna nümunə göstərmək olar. Əgər ABŞ Venesuelada Nikolas Maduro hakimiyyətinin devrilməsinə nail olarsa, bazara daha çox neft çıxarılacaq. Vaşinqton özü də neftin hasilatını dayanmadan artırır. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, əgər sanksiyalar səbəbindən Rusiya neftinin ixracı dayanarsa, o, həmin həcmləri kompensasiya etməyə hazırdır”.

Fikrət Yusifov

Sabiq nazir vurğulayıb ki, yaxın gələcəkdə neftin qiymətlərində hər hansı yüksəliş mümkün deyil:

“Dünya bazarlarında neftin qiymətlərinin kəskin azalmasını şərtləndirən digər əsas səbəblərdən biri də alternativ enerji mənbələrinin sürətlə inkişaf etməsidir. Artıq Avropa ölkələrinin bəziləri enerjiyə olan tələbatının yarısını, bəziləri isə bundan daha çoxunu alternativ mənbələrdən əldə edirlər. Daha bir maraqlı məqam elektromobillər üçün təkmil batereyaların istehsalı ilə bağlıdır. Məsələn, Çində artıq 50 il fasiləsiz işləyən və 10 milyon kilometr məsafə qət etməyə imkan verəcək avtomobil batareyalarının sınağı başa çatıb. Yəni belə batareyaların ömrü, hətta avtomobilin ömründən də uzun olacaq. Bu halda avtomobil parkının yanacağa olan təlabatı kəskin azalacaq”.

F.Yusifov bildirib ki, ne­f­tin ­Azərbaycan iqtisadiyyatına və dövlət büdcəsinə verdiyi dividendləri real sektora yönəltməyin yolları tapılmalıdır:

“Yəni real sektoru indikindən daha sürətlə inkişaf etdirməliyik. Bu istiqamətdə bəzi ölkələrin bəlli nümunələri var. Bunu tətbiq etmək üçün Azərbaycanda bütün səviyyələrdən olan resurslar da mövcuddur”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
70
globalinfo.az

1Sources