“Real Madrid”in ulduz futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqası tarixində daha bir rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, 22 yaş 128 günlüyündə turnirdə 50-ci oyununa çıxan ingilis futbolçu, bununla da indiyədək bu göstəriciyə sahib olan İker Kasilyasın rekordunu qırıb.

Gənc yarımmüdafiəçi mövsüm ərzində göstərdiyi performansla həm “Real Madrid” azarkeşlərinin, həm də futbol dünyasının diqqətini üzərinə cəmləyib.

Bellinqem hazırda həm klub, həm də milli komanda səviyyəsində əsas aparıcı oyunçulardan biri hesab olunur.