EN

“Arsenal” səfərdə “Slaviya”nı darmadağın etdi

UEFA Çempionlar Liqasının IV turunda “Slaviya” (Praqa) doğma arenada “Arsenal”ı (İngiltərə) qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Fortuna Arena”da baş tutan matçı azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. Görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

İlk qol 32-ci dəqiqədə vurulub — Bukayo Saka penaltidən fərqlənib. İkinci hissədə Mikel Merino ardıcıl iki dəfə (52 və 68-ci dəqiqələrdə) rəqib qapısına yol taparaq “Arsenal”ın böyükhesablı qələbəsini təmin edib.

Növbəti turda “Arsenal” 26 noyabrda “Bavariya” ilə, “Slaviya” isə 25 noyabrda “Atletik” (Bilbao) ilə qarşılaşacaq.

Chosen
46
90deqiqe.az

1Sources