EN

Britaniyada hökumət rəsmilərinin evlərinin qarşısında etiraz aksiyaları qadağan edilib

Böyük Britaniyada hökumət rəsmilərinin və parlament üzvlərinin evlərinin qarşısında etiraz aksiyaları qadağan edilib.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis bu cür aksiyaların yatırılması üçün genişləndirilmiş səlahiyyətlər alacaq.

Dövlət məmurlarının və parlament üzvlərinin evlərinin qarşısında etiraz aksiyaları artıq cinayət hesab olunur və altı aya qədər həbs cəzası ilə cəzalandırılacaq.

Chosen
16
1
apa.az

2Sources