EN

“KİA” səkidə piyadanı vurub mağazaya girdi; 4 nəfər xəsarət aldı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Minik avtomobili mağazaya çırpılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Adana bölgəsində baş verən hadisənin görüntüləri ərazidə olan kameraya düşüb.

Belə ki, Yüreğir rayonunda 24 yaşlı sürücünün idarə etdiyi 01-ANG-217 nömrə nişanlı “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə səki ilə gedən piyadanı vurub, daha sonra isə ərzaq mağazasına çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
avtosfer.az

1Sources