EN

Rusiya ABŞ ın bu arzusunu ürəyində qoydu Peskovdan açıqlama

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Ukraynadakı cəbhə xəttini göstərən xəritələri ABŞ-la paylaşmır. Baxmayaraq ki, əvvəllər bunu edirdi.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz xəritələri indi paylaşmırıq. Əlbəttə ki, əlaqələr olanda xəritələrlə bağlı dəqiqləşdirmələr verilirdi”, – deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın sonunda prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-a səfər edib. O bildirib ki, Moskva Amerika tərəfi ilə Rusiya iqtisadiyyatının real vəziyyətini və Ukrayna məsələsini müzakirə edib.

ABŞ təkcə Rusiyadan deyil, həm də Ukraynadan döyüş zonalarındakı vəziyyətlə bağlı məlumatları olan xəritələr alıb. Xüsusilə, Ukrayna nümayəndə heyəti onları Vaşinqtonda ABŞ prezidenti Donald Trampa təqdim edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
globalinfo.az

1Sources