EN

"Arsenal"ın Çempionlar Liqası oyununun BAŞ HAKİMİ Sumqayıt qatarında

2 gün sonra Çempionlar Liqasında "Slaviya" (Praqa) - "Arsenal" oyununu baş tutacaq. Oyunu Azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Əliyar Ağayevin "Sumqayıt" qatarında görüntülənməsi isə sosial şəbəkələrdə diqqət çəkib.   Ajans.az Offsideplus.az-a istinadla xəbər verir ki, Əliyar Ağayev "Sumqayıt"ın ev oyunundan qatarla qayıdırmış. Qeyd edək ki, Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsində noyabrın 4-də keçiriləcək “Slaviya” (Praqa, Çexiya) – “Arsenal” (İngiltərə) qarşılaşmasını idarə edəcək.

Ağayevə bu oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Chosen
44
Ajans.az

1Sources