EN

Polşa Rusiya dronlarından müdafiəyə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Polşa sərhəddə Rusiya dronlarına qarşı sipər quracaq.

Polşa Avropa İttifaqı ilə razılaşdırılmış tədbirlərin görülməsini gözləmədən müstəqil şəkildə dron əleyhinə müdafiə sistemi qurmağı qərara alıb. Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "Blumberq" nəşrinə müsahibəsində bu barədə məlumat verib. Tomçik deyib: "Biz Avropa İttifaqının bütün ərazisi üzərində hava hücumundan müdafiənin gücləndirilməsi ideyası ilə razıyıq, kənardan təklifləri və ya həll yollarını nəzərdən keçirməyə hazırıq. Bununla belə, biz milli layihələrə üstünlük veririk".

Onun sözlərinə görə, Polşa ümumavropa təhlükəsizlik təşəbbüslərini dəstəkləməklə yanaşı, özünün dron əleyhinə texnologiyalarını və infrastrukturunu inkişaf etdirmək niyyətindədir.

Hürr Tərcüman

Chosen
64
1
hurriyyet.az

2Sources