Bakı, 4 noyabr, AZƏRTAC
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilib.