EN

Gürcüstan və Çin Orta Dəhliz layihəsində birgə əməkdaşlıq məsələlərini müzakirə edib

Tbilisi 4 noyabr, AZƏRTAC

Gürcüstan və Çinin hökumət başçıları “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhlizin inkişafı perspektivlərini müzakirə ediblər. Tərəflər bu layihədə birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökuməti administrasiyası məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şanxayda Çin Baş naziri Li Çianla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin dayanıqlı inkişafı və strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Gürcüstan hökumətinin başçısı İ.Kobaxidze bildirib ki, Gürcüstan Orta Dəhlizin vacib bir hissəsi kimi regional əlaqəni və ticarəti daha da inkişaf etdirmək üçün Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır.

Qeyd edək ki, Kobaxidze çinli həmkarının dəvəti ilə Şanxayda səfərdədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
32
6
azertag.az

10Sources