AZ

Çində Orta Dəhliz müzakirəsi

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Gürcüstan və Çinin hökumət başçıları “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhlizin inkişafı perspektivlərini müzakirə ediblər. Tərəflər bu layihədə birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Gununsesi.info  xəbər verir ki, bu barədə Gürcüstan hökuməti administrasiyası məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şanxayda Çin Baş naziri Li Çianla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin dayanıqlı inkişafı və strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Gürcüstan hökumətinin başçısı İ.Kobaxidze bildirib ki, Gürcüstan Orta Dəhlizin vacib bir hissəsi kimi regional əlaqəni və ticarəti daha da inkişaf etdirmək üçün Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır.

Qeyd edək ki, Kobaxidze çinli həmkarının dəvəti ilə Şanxayda səfərdədir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
6
icma.az

10Mənbələr