Bakı. Trend:
Qadın futbolçulardan ibarət milli komandalar arasındaDÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.
Trend xəbərverir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanınnəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisininrəqibləri müəyyənləşib. Püşk zamanı ikinci səbətdə yer alanmillimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorrayığmalarına rəqib olub.
DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında startveriləcək.