EN

Korrupsiya istintaqı: İmamoğlunun atası və oğlu dindirilməyə çağırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində həbs edilən Əkrəm İmamoğlunun atası Həsən İmamoğlu və oğlu Səlim İmamoğlu ifadə verəcəklər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu açıqlama yayıb.

“İmamoğlu Cinayətkarlıq Təşkilatı ilə bağlı istintaqın bir hissəsi olaraq, istintaq sənədlərindəki dəlillərə əsasən, rüşvət və çirkli pulların yuyulması ittihamları ilə şübhəlilər Həsən İmamoğlu və Səlim İmamoğlundan ifadə almaq üçün İstanbul Polis İdarəsinə təlimat göndərilib”, - açıqlamada bildirilib.

Chosen
39
publika.az

1Sources