EN

“Fiorentina” Piolini istefaya GÖNDƏRDİ

İtaliyanın “Fiorentina” klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.

Paralel.az xəbər verir ki , Florensiya təmsilçisi 60 yaşlı mütəxəssisin vəzifədən uzaqlaşdırıldığını rəsmən açıqlayıb.

Komandanı müvəqqəti olaraq Daniele Qalloppa çalışdıracaq.

Qeyd edək ki, Pioli “Fiorentina”ya 2025-ci ilin iyulundan rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda A Seriyasında keçirdiyi 10 oyunda qələbə qazana bilməyib – 4 heç-heçə və 6 məğlubiyyət.

Hazırda “Fiorentina” 4 xalla turnir cədvəlində sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Chosen
28
2
paralel.az

3Sources