EN

İri bankdan“qızılda alışfürsəti” xəbərdarlığı - "3945 - 4 060 dollar aralığı alış etmək üçün bir fürsətdir"

Böyük Britaniyanın bank və maliyyə xidmətləri şirkəti "Standard Chartered" qızılın bir unsiyasının qiymətinin 4060 dollardan aşağı enməsini investorlar üçün cəlbedici bir alış fürsəti kimi qiymətləndirir. Bank öz son hesabatında 12 aylıq qiymət hədəfini (qiymət proqnozunu) 4 500 dollar səviyyəsində saxladığını bildirib.

Marja.az-ın məlumatına görə, Bankın analitikləri qeyd ediblər ki, zəifləyən dollar, inflyasiya narahatlıqları və mərkəzi bankların davam edən qızıl alışları kimi əsas dəstəkləyici amillər hələ də güclü şəkildə qüvvədədir.

Son bir ildə 50% bahalaşma

Qızıl, son həftələrdə qızılın qiyməti korreksiyası yaşasa da (düşsə də), son bir ildə təxminən 50% dəyər qazanıb. Qızılın unsiyasının qiyməti 20 oktyabrda 4 min 381 dollara çataraq rekord səviyyəyə qalxmışdı.

Standard Chartered son günlər qızılın qiymətlinin bər qədər geri çəkilməsni “qısamüddətli normallaşma prosesi” kimi qiymətləndirərək, bazarın yenidən balanslaşmasının bir neçə həftə çəkə biləcəyini qeyd edib.

Güclü texniki dəstək 3945 - 4 060 dollar aralığındadır

Hesabatda bildirilir ki, qızıl 3945 - 4060 dollar diapazonunda güclü texniki dəstək tapır. Analitiklər bu səviyyələrin mövqeləri artırmaq (alış etmək) üçün əlverişli zəmin yaratdığını vurğulayıblar.

Tələbat 2026-cı ilə qədər davam edəcək

Bankın proqnozuna görə, qızıla tələbat 2026-cı ilə qədər güclü qalacaq. "Standard Chartered" hesab edir ki, etibarlı valyutalardan uzaqlaşma meyli və mərkəzi bankların sabit qızıl alış siyasəti qarşıdakı dövrdə qızılın dəyərini dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, qızılın unsiyasının qiyməti 20 oktyabrda 4 min 381 dollarlıq rekord səviyyəyə yüksəldikdən sonra tədricən 4 min dollardan aşağı enib. Hazırda qızıl 0,4% ucuzlaşma ilə 3985 dollar civarında ticarət olunur (Bakı vaxtı ilə saat 17:00-a olan məlumat).

Chosen
54
2
marja.az

3Sources