EN

AYİB Türkiyənin ən iri şirniyyat istehsalçılarından olan "Ülker"ə iri həcmli kredit ayıracaq

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin aparıcışirniyyat istehsalçısı olan “Ülker” şirkətinə dayanıqlı inkişafgöstəriciləri ilə bağlı 75 milyon avro məbləğində kredit təqdimedir.

Trend bankaistinadən xəbər verir ki, AYİB-in təqdim etdiyi kredit ümumiməbləği 377 milyon avro olan geniş maliyyə paketinin bir hissəsiolacaq və bu paketdə bir neçə bank iştirak edəcək.

“Məbləğ şirkətin 2023-cü ilin mart ayında əldə etdiyi dayanıqlıinkişafla bağlı mövcud kreditin təkrar maliyyələşdirilməsinəyönəldiləcək.

Dayanıqlı inkişaf “Ülker” şirkətinin biznes strategiyasının əsaselementi sayılır və şirkət 2050-ci ilə qədər bütün istehsal zənciriboyu karbon neytrallığına nail olmaq öhdəliyini davam etdirir. Bu,“sıfır tullantı” mədəniyyətinin tətbiqini, dövri istehsalmodellərinə keçidi, karbon emissiyalarının azaldılmasını və “yaşılmaliyyələşdirmə"dən istifadəni əhatə edir”, – deyə məlumatda qeydolunur.

Chosen
56
1
az.trend.az

2Sources