EN

“Məlhəm” Beynəlxalq Hospitalda yuxu laboratoriyası fəaliyyətə başladı Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Azərbaycanda yuxu pozğunluqlarının diaqnostikasında yeni mərhələ başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, “Məlhəm” Beynəlxalq Hospitalda yaradılan yuxu laboratoriyası son nəsil polisonoqrafi cihazı ilə yuxu zamanı beynin, ürəyin və tənəffüsün fəaliyyətini eyni anda izləməyə imkan verir.

Laboratoriyanın rəhbəri uzm. Dr. Könül Məmmədova bildirib ki, bu cihaz sayəsində yuxu apnesi, xoruldama, yuxusuzluq və digər pozğunluqlar erkən mərhələdə aşkarlanır: “Pasiyentlər yuxuya gedərkən biz onların beyin dalğalarını, nəfəs almasını və ürək ritmini izləyirik. Prosedur tam təhlükəsiz və ağrısızdır. Əldə etdiyimiz nəticələr əsasında dəqiq diaqnoz və fərdi müalicə planı hazırlanır.”

Uzm.Dr. K. Məmmədova əlavə edib ki, bir çox insanlar gündəlik yorğunluğun və diqqət çatışmazlığının səbəbini yuxu keyfiyyətində axtarmır: “Yuxu pozğunluğu bəzən ciddi nevroloji və ürək-damar xəstəliklərinin səbəbi ola bilər. Erkən diaqnoz bu risklərin qarşısını almağa kömək edir.”

“Məlhəm” Beynəlxalq Hospital-da yaradılan müasir şərait sayəsində pasiyentlər artıq yuxu müayinəsi üçün xaricə getməyə ehtiyac duymur. Xəstəxana bu istiqamətdə beynəlxalq standartlara cavab verən avadanlıqlar və peşəkar tibbi heyəti ilə Azərbaycanda yuxu tibbinin aparıcı mərkəzinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
qafqazinfo.az

1Sources