EN

Alimlər qan xərçəngi ilə mübarizənin təhlükəsiz metodunu aşkarlayıblar

Bakı. Trend:

İspaniyanın Xosep Karreras Leykemia İnstitutunun tədqiqatçılarımüəyyən ediblər ki, “H2A” makrohiston ailəsinə aid olan üç zülalvariantından istənilən birinin çıxarılması, əlavə yan təsirlərolmadan qan xərçənginin (leykozun) müalicəsində yeni üsul kimiistifadə oluna bilər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Araşdırmanın nəticələri “Science Advances (SciAdv)” jurnalındadərc olunub.

Leykoz zamanı sümük iliyində anormal leykoz hüceyrələri toplanırvə nəticədə normal qan yaranması prosesi “sıxışdırılır”. Bu növxərçənglə mübarizə tibbin ən çətin problemlərindən biridir, çünkileykoz çox vaxt müalicə başa çatdıqdan bir müddət sonra yenidəninkişaf etməyə başlayır . Hazırda alimlər xromatinlə — genetikməlumatın saxlandığı və genlərin fəaliyyətini tənzimləyənstrukturlarla --əlaqəli yeni terapevtik hədəflər axtarırlar.

Histon sinfinə aid olan zülallar, o cümlədən "macroH2A",xromatinin quruluşunun və genomun sabitliyinin qorunmasında iştirakedir.

Yeni araşdırmada komanda sağlam siçanlarda "macroH2A"nın üçvariantının hər birinin çıxarılmasının nəticələrini öyrənib.“MacroH2A1.1” in çıxarılmasından sonra yan təsir kimi böyrəklərinfəaliyyətində yüngül pozuntu müşahidə olunub. Alimlərin sözlərinəgörə, bu hal maddələr mübadiləsindəki dəyişiklik yağ mübadiləsindənkarbohidrat mübadiləsinə keçidlə əlaqəlidir. Bu təsiri sadəqidalanma dəyişiklikləri ilə aradan qaldırmaq mümkün olub.

Məqalədə:
Chosen
46
az.trend.az

1Sources