Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünə çıxıb.
QOL.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda İranla üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, yığmamız noyabrın 6-da Tacikistanla üz-üzə gələcək.