EN

Komitə sədri: 5 ildən çoxdur ki, elektrik avtomobillərinin idxalına güzəşt tətbiq edilir

BAKI, 4 noyabr. TELEQRAF

"Daxili yanma mühərriki ilə olan nəqliyyat vasitələrinə gömrük rüsumu getdikcə artır və bu da elektrik avtomobillərin ölkəyə gətirilməsini təşviq edir".

Teleqraf xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ş.Bağırovun sözlərinə görə, 5 ildən çoxdur ki, elektrik avtomobillərinin idxalına güzəşt tətbiq edilir: “ƏDV-nın tətbiqi yerli avtomobil sahəsində, elektrik avtomobillərinin istehsalına bu və ya digər formada öz təsirini göstərəcək”.

Chosen
39
2
teleqraf.com

3Sources