EN

İtaliya klubu baş məşqçisini qovdu

BAKI, 4 noyabr. TELEQRAF

İtaliyanın "Fiorentina" klubu Stefano Piolini baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Florensiya təmsilçisinə müvəqqəti olaraq gənclər komandasının məşqçisi Daniele Qalloppa rəhbərlik edəcək.

Əvvəllər "Milan", "Əl-Nəsr", "İnter" və "Latsio"da çalışmış 60 yaşlı Pioli bu il iyulun 12-də "Fiorentina"nın sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda A Seriyasında 10 oyunda cəmi dörd xal qazanıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Chosen
29
teleqraf.com

1Sources