EN

Qrip əleyhinə peyvəndləmə aprel ayınadək davam edəcək

Səhiyyə Nazirliyinin əmrinə əsasən, tibb idarə və müəssisələrinin rəhbərlərinə şəhər və rayonlarda tibb işçiləri və digər risk qrupları arasında oktyabrın 8-dən etibarən 6 ay müddətində qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçirilməsi tapşırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu, TƏBİB-in məlumatında qeyd olunub.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata əsasən, oktyabrın 8-dən noyabrın 2-dək birliyin tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir. pizza mizza

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.


Telegram kanalımız
Chosen
13
8
yenisabah.az

10Sources