Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp isə seçkiyə saatlar qalmış sərt açıqlama ilə çıxış edib. O, Məmdanini "kommunist ruhi xəstə" adlandıraraq bildirib:
"Əgər kommunist namizəd Məmdani qalib gələrsə, Nyu-Yorka minimum məbləğdən artıq federal maliyyələşdirmə təmin etməyəcəyəm. Kommunist rəhbərlik altında şəhərin uğur qazanmaq şansı yoxdur" .
Trampın bu çıxışı Nyu-York siyasətində son illərin ən gərgin seçki atmosferini yaradıb.
Sorğulara görə, Zöhran Məmdani səslərin 56 faizini toplayaraq Kuomodan 12 faiz bəndi irəlidədir. O, qalib gələcəyi təqdirdə Nyu-Yorkun ilk müsəlman və Cənubi Asiyalı meri olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31