EN

Azərbaycanda yeni vergi təşviqləri açıqlandı

Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda əməliyyatların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı təkliflər təqdim olunub.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, aşağı vergi yükü tətbiq etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər hazırlanıb:

"Bu, asan müzakirə mövzusu olmayıb. Müxtəlif baxışlar mövcud idi, lakin təqdim olunan sənəd nəticə etibarilə vahid mövqeni əks etdirir".

M. Cabbarov bildirib ki, vergi islahatlarının davamı olaraq, iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib:

Chosen
42
3
publika.az

10Sources