EN

17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı Video

ain.az bildirir, Axsham.az portalına istinadən.

Şair Cığatel İsaqızı və övladı Leyla Camal "Gün ortası" proqramına qonaq olan zaman gərgin anlar yaşayıb.

Axşam.az xəbər verir ki, leyla veriliş zamanı ona gələn "Allah sizin kefinizi pozsun" mesajına əsəbiləşib. Göz yaşlarını saxlaya bilməyən Leyla bunları deyib:

"Mənə o qarğışı edəcək səbəb yoxdur. 36 yaşım var, anam nə deyir edirəm. Uşaq heçmi tərbiyə almaz? Onu yazanın heç 17 yaşı yoxdur.  Nə istəyirsiniz bizdən? Gah Cığatel xanıma, gah mənə yazırlar. Bir balam var, başımı salıb onu böyüdürəm. Yorulmuşuq, çıxaq gedək? Biz sizin yerinizi dar edirik? Biz getsək, yeriniz genələcək? Atamı, Süleymanı unutmamışam. Biz ana-bala iməkləyirik, zülm çəkirik. Sənətdə bir çoxları var ki, məni itələməyə çalışırlar. 17 yaşında uşağın yazdığına baxın".

Cığatel "Reklam fasiləsində bir qızcığaz ona qarğış yazıb. Onu bir dəfə çağırıb oxutmuşuq. Sonra anlaşılmazlıq olub, bir tədbirə çağıracaqmışlar, çağırmayıblar. İndi bizə belə qarğış edir" deyə, məsələnin səbəbini açıqlayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
2
axsam.az

3Sources