EN

Ronaldo milyarder olması ilə bağlı suala ironik cavab verib

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo jurnalist Pirs Morqanın onun maliyyə vəziyyəti ilə bağlı verdiyi suala ironik şəkildə cavab verib.

BAKU.WS xəbər verir ki, bu epizod futbolçunun "YouTube" kanalında yayımlanan müsahibə anonsunda yer alıb.

Morqan futbolçudan soruşub ki, o, ötən həftə milyarder olubmu? Sualın səbəbi "Bloomberg" nəşrinin oktyabrda dərc etdiyi məlumat idi. Həmin məlumatda Ronaldunun ilk milyarder futbolçu olduğu və sərvətinin 1,4 milyard dollar təşkil etdiyi bildirilirdi.

"Xeyr, bu doğru deyil. Mən bir neçə il əvvəl milyarder olmuşam", – deyə Ronaldo zarafatla cavab verib.

Geridə qalan mövsümdə ulduz futbolçu "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 41 oyuna çıxaraq 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Cari mövsümdə isə Səudiyyə Ərəbistanı təmsilçisi 5 oyunda 15 xal toplayaraq çempionata liderlik edir.

Qeyd edək ki, Kriştianu Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr" klubunda çıxış edir. Qanunlara görə, ölkədə nikahsız kişi və qadının eyni evdə yaşamasına icazə verilməsə də, əfsanəvi futbolçuya istisna hal kimi bu imkan yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
1
baku.ws

2Sources