EN

Türk Mədəniyyəti və İrsi Fondu YUNESKO sessiyasında tarixi layihələrini təqdim etdi

Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Noyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün mühüm əhəmiyyətə malik hadisə baş verib — Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatını keçirib.

Doğru.az xəbər verir ki, təqdimata “Türk Dünyasına Baxış–2040” və “TURKTIME” strateji sənədlərinə əsasən hazırlanan “Türk Dünyasının Mədəni Kodu” adlı kataloq, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlət başçılarının dəstəyi ilə həyata keçirilən çoxcildli “Türk Folklor İrsi” Antologiyası daxildir.

Layihələrin hazırlanması məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının görkəmli alim və mütəxəssislərini bir araya gətirib. Onlar türk xalqlarının çoxəsrlik mədəni və elmi irsinin sistemləşdirilməsi, tədqiqi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm töhfə veriblər.

Proqram çərçivəsində, həmçinin, noyabrın 3-də YUNESKO Baş Konfransının qətnaməsi ilə təsdiqlənən Türk Dili Ailəsi Günü (World Turkic Language Family Day) münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, mədəniyyət institutlarının təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Mərasim “Turan” etno-folklor ansamblının musiqi çıxışları ilə müşayiət olunub.

Qətnaməyə əsasən, 15 dekabr hər il Türk Dili Ailəsi Günü kimi qeyd ediləcək. Bu qərar türk xalqlarının dil və mədəni birliyinin beynəlxalq səviyyədə tanınmasına və türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələrin təbliğinə xidmət edəcək.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
7
dogru.az

10Sources