AZ

Türk dünyası üçün tarixi qərar: YUNESKO Türk Dili Ailəsi Gününü təsis etdi

4 noyabr 2025-ci il tarixində, Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün tarixi əhəmiyyətə malik mühüm bir hadisə baş tutacaq — Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatını keçirəcək.

Publika.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, təqdimata aşağıdakı layihələr daxildir:

Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış– 2040” və “TURKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair kataloq;

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətləri başçılarının dəstəyi ilə həyata keçirilən çoxcildli “Türk Folklor İrsi” Antologiyasının nəşri.

Qeyd etmək lazımdır ki, təqdim olunan bu unikal layihələrin həyata keçirilməsi məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının görkəmli alim və mütəxəssislərini bir araya gətirib. Onlar türk xalqlarının çoxəsrlik mədəni və elmi irsinin sistemləşdirilməsi, tədqiqi və gələcək nəsillərə ötürülməsi işinə əvəzsiz töhfə veriblər.

Seçilən
22
7
publika.az

10Mənbələr