EN

Paşinyandan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizlə bağlı MÜJDƏ: Nə vaxt AÇILACAQ?

Ermənistan və ABŞ arasında Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı danışıqlar aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı məlumat verib.

Paşinyan bildirib ki, hazırda amerikalı tərəfdaşlarla dəmir yolunun inşası istiqamətində danışıqlar aktiv mərhələdədir:

“Hazırda biz ABŞ tərəfi ilə Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsini müzakirə edirik. Niyə məhz ABŞ-la? Çünki bu, TRIPP layihəsinin ayrılmaz hissəsidir,” – deyə Paşinyan qeyd edib.

Ermənistan hökumət başçısı əlavə edib ki, İrəvan artıq Türkiyə və Azərbaycan arasında yükdaşımalar üçün tranzit marşrutu təqdim etməyə hazırdır.

Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat əlaqələrinin bərpasını və genişləndirilməsini nəzərdə tutur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Chosen
30
1
konkret.az

2Sources