EN

"Alimlərimizə, elmimizə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir" - Deputat

"Bu gün bütün sahələrdə inkişaf edən Azərbaycanda əlbəttə ki elm sahəsi də müasir çağırışlara cavab verməli və dünya elminin inkişaf tempindən geri qalmamalıdır. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Bu isə o deməkdir ki, alimlərimizə, elmimizə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir”.
Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı qeyd etdiyi kimi texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır. Artıq reallıq budur ki, Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və buna görə də addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalı həm də bir çox təşəbbüslər irəli sürməliyik. Çünki illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Bu baxımdan texnoloji inkişafa xüsusi önəm verilməlidir. Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Çünki təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır. Bu sahəyə də dövlət sərmayə qoymalıdır və qoyur da. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Cənab prezidentin də qeyd etdiyi kimi bu gün süni intellekt artıq ölkələrin gələcək inkişafının təmanatçısına çevrilir. Əlbəttə Azərbaycan elmi də bu yeniliklərdən geri qalmamalıdır. Azərbaycan alimlərinin böyük potensialı var. Biz inanırıq ki, sürətlə inkişaf edən Azərbaycan bu sahələrdə də dünya elmindən geri qalmayacaq. Alimlərimizin fəal iştirakı və təşəbbüsləri ilə Azərbaycan da yenilikləri ilə dünyada adından söz etdirəcək”.
 
 

Chosen
42
7news.az

1Sources