BAKI, 4 noyabr. TELEQRAF
Rusiya Azərbaycan ərazisindən keçərək Ermənistana dəmir yolu ilə yükdaşımalarını icra edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, regionda kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin bərpası bu imkanı yaradacaq.