EN

Məişət zorakılığı, insan alveri, erkən nikah – Büdcədən nə qədər vəsait ayrılacaq?

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində Elm və Təhsil Nazirliyinintabeliyində olan uşaq və ailələrə dəstək mərkəzinin fəaliyyəti üçün400 000 manat vəsait nəzərdə tutulub.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məişət zorakılığına, insan alverinə, erkən nikahaməruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar vəonların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işintəşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı,həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininuşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması, eləcə də birsıra dövlət proqramlarının icrasının təmin edilməsi xərcləri üçün2026-cı ilin dövlət büdcəsində 7 400 000 manatvəsait nəzərdə tutulub.

Chosen
31
2
az.trend.az

3Sources