AZ

Məişət zorakılığı, insan alveri, erkən nikah – Büdcədən nə qədər vəsait ayrılacaq?

2026-cı ilin dövlət büdcəsində Elm və Təhsil Nazirliyinin tabeliyində olan uşaq və ailələrə dəstək mərkəzinin fəaliyyəti üçün 400 000 manat vəsait nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması, eləcə də bir sıra dövlət proqramlarının icrasının təmin edilməsi xərcləri üçün 2026-cı ilin dövlət büdcəsində 7 400 000 manat vəsait nəzərdə tutulub.

Seçilən
4
2
day.az

3Mənbələr