EN

Estoniya ilə sərhəddə Vaqner” bayrağı qaldırmış qayıq görünüb –FOTO

Estoniya Rusiya sərhədi yaxınlığındakı Narva çayında qara Vaqner PMC bayrağı ilə üzən Rusiya sərhəd patrul qayığının görüldüyünü açıqlayıb. 

AzPost bildirir ki, bu barədə  Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN həmçinin Leninqrad vilayəti arasındakı sərhəddə çay boyunca üzən “Sahil Mühafizəsi” yazısı və Vaqner PMC bayrağı olan Rusiya sərhəd patrul qayığının foto və videolarını yayımlayıb.

Nazirlik hadisə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə sorğu göndərib.

“Bizim tərəfimizdən elə görünür ki, onlar artıq Rusiya sərhədçilərini ilhaq ediblər”, Estoniya Xarici İşlər Nazirliyi sosial mediada yazıb.

Vaqner PMC Böyük Britaniyada terror təşkilatı kimi tanınır və Avropa Birliyi də müharibə cinayətlərinə görə Vaqner PMC muzdlularına və əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

AzPost.az

Chosen
57
1
azpost.info

2Sources