EN

Kamçatkada 6,3 bal gücündə zəlzələ qeydə alınıb

Kamçatka yaxınlığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Moskva vaxtı ilə səhər saat 7:45-də Petropavlovsk-Kamçatskidən 158 km aralıda baş verib. Zəlzələnin ocağı 38,2 km dərinlikdə yerləşib. Regionun paytaxtında zəlzələnin gücü ilkin məlumatlara əsasən 4 bal gücündə qiymətləndirilir.

Qeyd edək ki, bir neçə saat əvvəl də 6,2 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi bildirilməyib.

Chosen
41
43
interpress.az

10Sources